“Barselona”da yeni kapitan

ESTAFET/ Serci Roberto "Barselona"nın yeni kapitanı olub. 

Bu barədə Kataloniya klubu sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Mark-Andre ter Ştegen 2-ci, Usman Dembele 3-cü kapitan olacaqlar.

Xəbərdə həmçinin bu gün futbolçuların istirahətdən qayıtdıqdan sonra ilk məşqə çıxdıqları vurğulanıb.

31 yaşlı Serci Roberto 2013-cü ildən "Barselona"da çıxış edir. Ötən mövsüm ispan müdafiəçi bütün turnirlərdə 33 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, ötən mövsüm komandanın kapitanı Serxio Buskets idi. O, iyunda "Barselona"dan ayrılıb və azad agent kimi "İnter Mayami"yə keçib.

Müəllif: Natiq NƏSİROV