“Səbail” Türkiyəyə yollandı

ESTAFET/ 2023/24 mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Komanda Ərzurumda məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.

Xatırladaq ki, “Səbail”in qardaş ölkədə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərdən hələlik biri məlumdur. Şahin Diniyev yetirmələrini “Konyaspor”la oyunda sınaqdan keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV