ASAPES komandası ardıcıl 2-ci qələbəsini qazanıb

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında ASAPES komandası ardıcıl 2-ci qələbəsini qazanıb. Futzalçılarımız bu dəfə qrup lideri olan Portuqaliyanın “Minho Universiteti” kollektivini 3-1 hesabı ilə məğlub etməklə 1/4 finala doğru önəmli addım atıblar.

Xatırladaq ki, ASAPES tələbələri dünən Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlmiişdi.

Müəllif: Natiq NƏSİROV