U-16 millimiz Avropa çempionatının yarımfinalında

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin qrup oyunları yekunlaşıb.

B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı sonuncu oyununda San Marino yığması qarşılaşıb və rəqibinə 96-47 hesabı ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yarımfinalda U-16 millimizin rəqibi, Kosovo - Andorra oyununun məğlubu olacaq.

Oyun 26 iyul Bakı vaxtı ilə saat 22:00 -da baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ