"QƏBƏLƏ" "KƏPƏZ"DƏN ÜSTÜN OLDU

ESTAFET/ Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. “Sarı-göylər” “Qəbələ”nin əvəzedici heyəti ilə görüşüb. “Dalğa Arena”nın yardımçı meydançasında reallaşan matç qəbələlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.