U-16 millimiz Avropa çempionatının finalında

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Yarımfinalda U-16 millimiz Andorra yığmasını 87-64 hesabı ilə darmadağın edərək Avropa çempionatı "C" divizionunun finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq.

Oyun 27 iyul Bakı vaxtı ilə saat 22:00 -da baş tutacaq və FİBA -nın rəsmi "youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ