"QARABAĞ" ÇEMPİONLAR LİQASININ III TƏSNİFAT MƏRHƏLƏSİNDƏ

ESTAFET/ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" növbəti mərhələyə yüksəlib.
İyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən təmsilçimiz cavab qarşılaşmasında Gürcüstan çempionu "Samtredia" klubuna yeni legioner Donald Geryenin 22-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
18 iyul
"Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Donald Gerye - 22
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
Tiflis. Boris Payçadze adına "Dinamo Arena"
İlk oyun – 0:5
"Samtredia": 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Manjqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolazi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 80. İnters Qui
Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivilişvili, 14. Davit Jikiya, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Giqla Burkadze, 77. Quram Samuşia
"Qarabağ": 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Qerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniye
Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasında keçirilən ilk oyun Moldova təmsilisinin öz meydanında 1:0 qələbəsi ilə başa çatıb.
