U-18 millimiz Andorra yığması üzərində qələbə qazandı

5 avqust tarixində Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun 5-9 -cu yerlər uğrunda mübarizədə millimizin növbəti oyunu baş tutub.

Oğlanlardan ibarət U-18 millimiz Andorra yığması ilə qarşılaşıb və rəqibinə 81-55 hesabı ilə qalib gəlib. Avropa çempionatı "C" divizionunda 5-9 -cu yerlər uğrunda mübarizədə millimizin növbəti rəqibi San Marino yığması olacaq.

Oyun 6 avqust saat 12:30 -da start götürəcək.

Müəllif: Məsim MƏSİMZADƏ