"Masters" turnirinin ikinci günündə 3 cüdoçumuz mübarizə aparacaq

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Masters” turnirinin ikinci yarış günü keçirilir.

Bu gün 2 çəki dərəcəsində 3 idmançımız tatamiyə çıxacaq. Kişilər arasında Hidayət Heydərov (-73 kq), Səid Mollayi (-81 kq) və Zelim Tçkayev (-81 kq) medallar uğrunda mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV