"QƏBƏLƏ"DƏN MÖHTƏŞƏM QƏLƏBƏ
ESTAFET/ Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Oyunların birində digər komandamız "Qəbələ" çətin Polşa səfərində yerli "Yagelloniya" ilə qarşılaşırdı. Bakıdakı ilk qarşılaşmadakı 1:1-lik bərabərli polşalıların xeyrinə olsada qəbələlilər möhtəşəm qələbə ilə adlarını növbəti mərhələyə yazdırdılar.
"Qırmızı-qaralar" növbəti mərhələdə iki il öncə qarşılaşdıqları tanış "Panatinaikos"la (Yunanıstan) oynayacaqlar.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) 0:2
Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89
Baş hakim: Konstantin Sebastyan Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok. Şəhər stadionu
İlk oyun – 1:1
"Yagelloniya": 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski
Baş məşqçi: İrenyus Mamrot
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk