Millimiz ikinci oyununu keçirib

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Belarus yığmasına qarşı oyun 5:1 hesabı ilə rəqib komandanın xeyrinı başa çatıb. Millimizin qolunu Ramil Əliyev vurub.

Komandamız turnirdə növbəti oyununu sabah Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV