Minskdə MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib

Avqustun 6-da Minskdə MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib. İclasda gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Tədbirdə birliyə üzv ölkələr arasında idman sahəsində əməkdaşlığın inkişafından danışılıb.
2025-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan MDB ölkələrinin III Oyunlarının Azərbaycan nümayəndə heyəti tərəfindən təqdimatı olub. Şura üzvləri 2025-ci ildə Azərbaycanın Gəncə şəhərinə, 2026-cı ildə isə Qazaxıstanın Almatı şəhərinə “Birliyin İdman Paytaxtı” adının verilməsi təşəbbüsünü dəstəkləyib.
