BOKS: QADINLAR ARASINDA DÜNYA ÇEMPİONATI BAŞLAYIR

ESTAFET/ Estafet.az xəbər verir ki, Sabah Astanada (Qazaxstan) boks üzrə qadınlar arasında Dünya çempionatına start veriləcək. Çempionatda 51, 60 və 75 kq çəki dərəcələrində yarımfinala vəsiqə qazanan idmançılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağından, bu çəkilərdə digərlərinə nisbətən daha yaddaqalan döyüşlərin olacağı dəqiqdi.

 

60  kq-da ölkəmizə lisenziya qazandıran Yana Alekseyevnadan fərqli Anna Əlimərdanova (51 kq) və Yelena Vistropova bu işin öhdəsindən gəlməyə çalışacaqlar. 

 

Dünya çempionatına yollanan tam heyətimizlə tanış olaq:

 

48 kq - Əzizə Abbasova

51 kq - Anna Əlimərdanova

57 kq - Məhsəti Həmzəyeva

60 kq - Yana Alekseyevna

64 kq - Ayzanat Hacıyeva

69 kq - Məryəm Cəbrayılova

75 kq - Yelena Vistropova

81 kq - Alina Hacıyeva

+81 kq - Aynur Rzayeva