Kişilər arasında ACF turunun üçüncü turniri start götürür

11 avqustda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçirilir.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 19 klub, cəmiyyət və idman təşkilatından olan 48 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Turnirdə -60 kq., -66 kq., - 73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.

İlkin görüşlər saat 10:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV