Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisindən növbəti qələbə

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında daha iki turun oyunları keçirilib.
İkinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb 2-2.
Üçüncü turda şahmatçılarımız Bolqarıstan komandasını məğlub edib 3,5-0,5.
Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir.
Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.
