Stolüstü tennisçilərimiz Fransaya yollanıblar

Stolüstü tennisçilərimiz avqust ayında növbəti beynəlxalq yarışlara qatılacaqlar.

İstedadlı idmançılar Yağmur Məmmədli ilə Onur Quluzadə əvvəlcə 19-24 avqust tarixlərində Fransanın Strasburq şəhərində təşkil olunacaq “EUROTALENTS DEVELOPMENT CAMP 2 U-13” toplanışı çərçivəsində keçiriləcək turnirdə mübarizə aparacaq. Stolüstü tennisçilərimiz bu toplanışın ardınca avqustun 25-27-də 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında “Euro Mini Champ” yarışında bacarıqlarını göstərəcəklər.

İdmançılarımız bu gün seçmə komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Fransaya yola düşüblər.

Müəllif: Bəhruz MƏMMƏDOV