Zaqrebdə ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq

Avqustun 18-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri start götürür.

Yarışın ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq. Qadınlar arasında -48 kq. çəkidə Leyla Əliyeva və -52 kq. çəkidə Gültac Məmmədəliyeva medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında isə -60 kq. çəkidə Nazir Talıbov və Əhməd Yusifov, -66 kq. çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov güclərini sınayacaq.

Turnir Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV