ABŞ millisini məğlub edən "Neftçi" Melilya mərhələsinin yarımfinalında

19 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində təmsilçimiz "Neftçi" nin yarımfinal oyunu baş tutub.

ABŞ millisi ilə qarşılaşan "Neftçi" oyuna üstün başlayıb və yekunda rəqibi üzərində 14-17 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda "Neftçi" nin rəqibi güclü Çin millisi olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:55 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ