Melilya mərhələsinin bir nömrəli komandasını məğlub edən "Neftçi" finala vəsiqə qazanıb

19 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində təmsilçimiz "Neftçi" nin yarımfinal oyunu baş tutub.

Yarımfinal oyununda "Neftçi" reytinq xallarına görə Melilya mərhələsinin bir nömrəli komandası Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17-13 hesabı ilə məğlub edərək finala yüksəlib. Finalda "Neftçi" nin rəqibi Niderland - İspaniya oyununun qalibi olacaq.

Oyun Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ