Yekaterinburqda Beynəlxalq Universitet İdman Festivalının təntənəli açılış mərasimi keçirilib

Avqustun 20-də Yekaterinburqda Beynəlxalq Universitet İdman Festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə Yekaterinburq mədəniyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə iştirakçı ölkələrin idmançıları, o cümlədən, Azərbaycan təmsilçiləri iştirak ediblər.

Oyunların iştirakçısı olmuş ölkələrin bayraqları hər bir ölkənin universitet tələbələri tərəfindən nümayiş olunub. İlk olaraq Azərbaycan idmançısı Xasay Həsənli Azərbaycan bayrağını səhnədə nümayiş etdirib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalı avqustun 31-dək davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV