Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər

ESTAFET/ Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 23-27 avqustda keçiriləcək dünya çempionatına hazırlıqları başa çatıb. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək yarışda Azərbaycan 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Qeyd ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma dünya çempionatına hazırlıq məqsədilə avqustun 5-dən 16-a qədər Bakıda keçirilən təlim-məşq toplanışına qatılıblar.

Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

-40 kq.
Nigar Məmişova

-44 kq.
Məryəm Bayramzadə

-48 kq.
Vüsalə Hacıyeva

-52 kq.
Xədicə Qədəşova

-63 kq.
Kamilla Toholiyeva

Oğlanlar

-50 kq.
Məhəmməd Məmişov
Nihad Məmişov

-55 kq.
Ayxan Mirzəzadə
Mirxaliq İskəndərov

-60 kq.
Məhəmməd Musayev

-66 kq.
Əbil Yusubov
Cəsur İbadlı

-73 kq.
Süleyman Şükürov

-90 kq.
Aslan Kotsoyev

+90 kq.
Ramazan Əhmədov

Mehdi Abbasov, Rəsul Səmədli və Ümüd Qurbanov komanda yarışında mübarizəyə qoşulacaqlar.

Müəllif: Natiq NƏSİROV