Kopenhagendə dünyaca məşhur triatlon turniri IRONMAN seriyasının növbəti yarışı keçirildi
20 avqust Danimarkanın paytaxtı Kopenhagendə dünyaca məşhur triatlon turniri IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışı keçirildi.
İştirakçılar 3,8 km üzüb, 180 km velosiped sürüb və 42 km qaçdılar. Həm peşəkar, həm də həvəskarların qatıldığı turnirdə ümumilikdə 2500-ə yaxın idmançı gücünü sınadı. Sözügedən yarışa Azərbaycandan 7 idmançı qatıldı. Onlardan Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov Triterra klubunu, Elçin Bəkirov isə Tristar klubunu təmsil edirdi.
Teymur Fərəcov ölkəmizi təmsil edən idmançılar arasında ən yüksəsk nəticə göstərərək, 9 saat 56 dəqiqə 06 saniyəyə finişə çatdı. Kamran Əbilov və Samir Cavadov IRONMAN tituluna sahib olan idmançılar sırasına adlarını yazdırdılar.