İspaniyada bədii gimnastika üzrə dünya çempionatına start verilib

İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına bu gün start verilib.
Dünya çempionatında ölkəmizi bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də, qrup hərəkətləri üzrə yığmanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan güclərini sınayacaqlar.
Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
