Çimərlik voleybolu üzrə yığmamız Avropa çempionatında çıxışını başa vurub

Çimərlik voleybolu üzrə CEV U-18 Avropa çempionatında iştirak edən oğlanlardan ibarət cütümüz turnirdə çıxışını başa vurub.

Təsnifat mərhələsindən mübarizəyə başlayan Muhammad Aslanlı-Nəriman Bayramlı cütü yarışın birinci günü dörd görüş keçirib. İlk matçda Andorra komandasına qalib gələn cütümüz ikinci matçda Slovakiya təmsilçilərinə məğlub olub. Ardınca Şotlandiyaya qalib gələn voleybolçularımız təsnifat mərhələsinin son qarşılaşmasında təcrübəli Serbiya komandasına məğlub olublar. Reqlamentə görə təsnifat mərhələsində 3 görüşdə qalib gələn cütlər əsas mərhələyə vəsiqə qazanır.

Beləliklə, aktivində iki qələbə olan komandamız CEV U-18 Avropa çempionatında mübarizəni başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV