İlham Zəkiyev IBSA dünya oyunlarının gümüş medalını qazandı!

Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.

Yığma yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb. Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda isə Xanım Hüseynova (70 kq, J2) turniri ikinci pillədə başa vurublar.

Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kq, J2) isə bürünc medala yiyələnib.

Müəllif: Bəhruz MƏMMƏDOV