"Neftçi" Debretsen mərhələsinin yarımfinalında

ESTAFET/ 28 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində ikinci günün oyunları davam edir.
Təmsilçimiz "Neftçi" 1/4 final oyununda Macarıstanın "Qyor" klubu ilə üz-üzə gəlib və əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20-18 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
"Neftçi" nin yarımfinalda rəqibi, Macarıstan - Avstriya oyununun qalibi olacaq.
