"Neftçi" Pon du Qar mərhələsinin yarımfinalında

1 sentyabr Fransada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində 1/4 final oyunları baş tutub.

Təmsilçimiz "Neftçi" 1/4 final oyununda Monqolustan millisi ilə qarşılaşıb və rəqibinə 22-16 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

"Neftçi" nin yarımfinaldakı rəqibi Fransa - Çin oyununun qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:05 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ