Cüdoçularımız Avropa çempionatında mübarizəya başlayır

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan yığma komandasının 7 üzvü tatamiyə çıxacaq.
7 sentyabrda oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov, -66 kq. çəkidə Nicat Nağıyev və Aydın Rzayev tatamiyə çıxacaq.
Qızlar arasında isə -48 kq. çəkidə Könül Əliyeva və Vüsalə Hacıyeva, -52 kq. çəkidə Aydan Vəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.
Yarış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Çempionatı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
