“Zirə” ÇL-də üçüncü yeri tutdu

ESTAFET/ Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.

Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi AEK-i 5:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV