Çempionlar Liqasında mübarizə aparan "Zirə" komandası tarixi uğura imza atıb

Rumınyanın Oradea şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında iştirak edən təmsilçimiz turnirin 1/4 final mərhələsində İngiltərənin ABC “Soccer” komandasına 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə mübarizə aparan ilk Azərbaycan klubunun növbəti rəqibi Monteneqronun “Sportsko” kollektividir.

Oyun 9 sentyabr, saat 12:00 da İdman Tv ilə canlı yayımlanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV