Xavidən “Barselona” ilə yeni müqavilə

ESTAFET/ “Barselona”nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubu ilə yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən 43 yaşlı mütəxəssis 2025-ci ilin yayına kimi komandada qalacaq. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Xatırladaq ki, Xavinin rəhbərliyi altında Kataloniya təmsilçisi 2022/23 mövsümündə ölkə çempionu və Super Kubokun qalibi olub.

Müəllif: Natiq NƏSİROV