“Sabah” Niderland klubuna qalib gəldi

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağında Niderland təmsilçisi “Donar”la qarşılaşıb.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin keçib. Yekunda “Sabah” qroningenlilər üzərində 75:72 hesablı qələbəyə sevinib.

“Sabah” ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.

Müəllif: Məsim MƏSİMZADƏ