Məqsəd İsayev mükafatlandırıldı

ESTAFET/ “Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının qalibi olub.

İsayevə bu gün keçirilən “Zirə” – “Turan Tovuz” görüşündən əvvəl “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunub.

Ona mükafatları Zirə İdman Kompleksinin stadionunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Azərlotereya”nın İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV