Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

ESTAFET/ Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb. Oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib:

Komanda yarışları:

Qadınlar:

1) Sumqayıt – 1

2) Bakı -1

3) Sumqayıt – 2; Bakı -2

Kişilər:

1) Bakı -2

2) Bakı – 3

3) Bakı – 1; Sumqayıt

Şəxsi yarışlar:

Qadınlar:

1) Ləman Abdulhəmidova

2) Məryəm İmanova

3) Mərziyyə Nurmətova; Aylin Əsgərova

Kişilər:

1) Hilal Həsənov

2) Nihad Məmmədov

3) Vəzir Allahverdiyev; Adil Əhmədzadə

Qoşa yarışlar:

Qadınlar:

1) Ləman Abdulhəmidova – Zemfira Mikayılova

2) Aylin Əsgərova – Mərziyyə Nurmətova

3) Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə

Kişilər:

1) Hilal Həsənov – Onur Quluzadə

2) Vəzir Allahverdiyev – Nihad Məmmədov

3) Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı

Qarışıq qoşa:

1) Əliverdi Şahgəldiyev – Məryəm İmanova

2) Adil Əhmədzadə - Mərziyyə Nurmətova

3) Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV