"Murov AZ Terminal" klubu tarix yazır

ESTAFET/ Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan Murov AZ Terminal yarışın finalına yüksəlib. Yarımfinal matçında Fransanın MONTPELLIER Beach Volley komandasına qalib gələn Murov AZ Terminal klubu finala yüksəlib.

Yarımfinal görüşündə komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə Murov AZ Terminal qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə 15:10 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda finala yüksəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV