"Murov AZ Terminal" voleybol üzrə Avropa Kubokunun qalibi olub

ESTAFET/ Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) ölkəmizi təmsil edən "Murov AZ Terminal" Avropa Kubokunun qalibi olub.

"Murov AZ Terminal" çempionluq matçında ev sahibi Türkiyənin TVF Spor Lisesi SK ANKARA klubu ilə üz-üzə gəlib. Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə təmsilçimiz qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib. 15:10  hesabı ilə qalib olan "Murov AZ Terminal" Avropa Kubokunun sahibi olub.

Beləliklə, təmsilçimiz çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunu (Beach Volley European Cup) qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV