"Qızlara ağ yaraşır" layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!

ESTAFET/ Azərbaycan Cüdo Federasiyası və Azercell-in birgə layihəsi olan “Qızlara ağ yaraşır” Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında - “Red Jolbors”da Qran-pri mükafatına layiq görüldü. Qran-pri ilə yanaşı, layihə, 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazandı:
Festivalın 2023-cü il üçün Qran-pri mükafatı
“PR Kampaniyaları” kateqoriyasında qızıl mükafat
“PR Strategiyası” kateqoriyasında qızıl mükafat
“Kampaniya Strategiyası” kateqoriyasında qızıl mükafat
“İnteqrasiya Olunmuş Reklam Kampaniyası” kateqoriyasında gümüş mükafat
“Sosial film” kateqoriyasında bürünc mükafat
“Tərəfdaşlıq” kateqoriyasında bürünc mükafat
Qeyd edək ki, “Qızlara ağ yaraşır” daha öncə beynəlxalq “Ad Black Sea” festivalının Qran-pri mükafatına, həmçinin 13 kateqoriya üzrə 6 mükafata layiq görülmüşdür.
