Millimiz Avstriyanı qəbul edir

ESTAFET/ Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Yığmamız evdə Avstriya ilə üz-üzə gələcək.

Bakıda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla bu qrupda 2-ci pillədə qərarlaşıb. Bu üzdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialıdır. Amma 3 gün öncə səfərdə Estoniyaya qalib gələn millimiz də doğma meydanda xal və xallar qazanmağa çalışacaq.

Bu gün yığmamızın qrupunda Belçika - İsveç oyunu da baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

16 oktyabr 2023

20:00. Azərbaycan - Avstriya
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakinin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas
Dördüncü hakim: Anastasios Papapetru
VAR: Angelos Evangelu
AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Müəllif: Natiq NƏSİROV