Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir

Bakıda Xəzri İstirahət və Sağlamlıq Mərkəzində Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir.

Tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Alexander Ratner, gənclər və idman nazirinin müavini Mariana Vasileva və 50-yə yaxın Avropa ölkəsinin federasiya rəhbərləri iştirak edirlər.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini Mariana Vasileva Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb.

“Atıcılıq Azərbaycanda məşhur idman növlərindən biridir. Əminliklə deyə bilərəm ki, 29-cu Baş Assambleyada düzgün qərarlar veriləcək. Hər birinizə uğurlar arzulayıram”, deyə bildirib.

İki ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların növbəti illərdə inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV