Əliyar Ağayevə türk hakimlər kömək edəcək

ESTAFET/ Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar.

AFFA-nın rəsmi saytının xəbərinə görə, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaq.

Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV