Rəşad Nəbiyev Zaqatalada Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirib

16 oktyabrda Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Zaqatala rayonunda Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirib.

Baxış zamanı məlumat verilib ki, Zaqatalada 350 nəfər gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüşdə regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb və müvafiq qərarlar verilib.

Müəllif: Natiq NƏSİROV