İsmayıllıda "Gəlin birlikdə qaçaq" şüarı ilə kütləvi qaçış yarışı keçirilib

Bu gün İsmayıllıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı ilə kütləvi qaçış yarışı keçirilib. Tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı, Sumqayıt, İsmayıllı, Şamaxı, Göyçay və Neftçaladan 300-ə yaxın iştirakçı mübarizə aparıb. Yarışda 7 yaş kateqoriyası üzrə kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib. Qeyd edək ki, “Heydər Əliyev ili”nə həsr olunmuş bu cür tədbirlər silsilə xarakter daşıyır. Bundan öncə Bakı və Gəncədə kütləvi qaçış yarışları keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV