“Zirə” “Qəbələ”yə, “Qarabağ” “Səbail”ə qarşı

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Son gündə daha iki görüş baş tutacaq.
“Zirə” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Turun son matçı isə “Qarabağ”la “Səbail” arasında baş tutacaq.
Daha öncə “Araz-Naxçıvan” evdə “Kəpəz”ə (0:1), “Neftçi” “Sumqayıt”a (1:2) və “Turan Tovuz” “Sabah”a məğlub olub.
Misli Premyer Liqası
13-cü tur
12 noyabr 2023
“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
