“Qalatasaray”a ilk məğlubiyyəti Dadaşovlu “Hatayspor” yaşatdı

ESTAFET/ Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir. Bu gün daha 4 görüş baş tutub.
“Kasımpaşa” - “Kayserispor” matçında qonaqlar qələbə qazanıblar. “Alanyaspor” evdə “Qaziantep”ə, “Sivasspor” isə səfərdə “Fatih Karagümrük”ə böyük hesabla uduzub.
Son çempion “Qalatasaray” da səfərdə “Hatayspor”a məğlub olub. İstanbul təmsilçisi cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Hatay təmsilçisinin heyətində 88 dəqiqədə meydanda olub.
