“Qarabağ-2” evdə, “Qəbələ-2” səfərdə sevindi
ESTAFET/ Bu gün Əvəzedicilər Liqasında 13-cü turun növbəti oyunları keçirilib.
İkinci gündə daha iki görüş baş tutub.
“Qarabağ-2” – “Səbail-2” oyununda meydan sahibləri qalib gəliblər. “Zirə-2” – “Qəbələ-2” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası
13-cü tur
11 noyabr 2023
“Qarabağ-2” – “Səbail-2” 2:1
Qollar: Nihad Mollayev, 16. Elton Mikayılov, 74 : Məmməd Əhmədov, 1.
Binə qəsəbə stadionu, 14:00.
“Zirə-2” – “Qəbələ-2” 1:2
Qollar: Emil Bayramov, 45+1 : Rəvan Əsədov, 11. Bilal İsmayılov, 62.
“ASK Arena”, 17:30.