Azərbaycan klubları dünya reytinqində gerilədilər

ESTAFET/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

IFFHS-in rəsmi saytının məlumatına görə, siyahıda 403 komanda var. Burada Azərbaycanın 3 təmsilçisi yer alıb.

Aktivində 131,5 xal olan "Qarabağ" ötən ayla müqayisədə 9 pillə geriləyib və 70-cidir.

"Neftçi" (58,75 xal) 22 pillə geriləyərək 340-cı yerə, "Sabah" (58,5 xal) isə 40 pillə geriləyərək 342-ci yerə enib.  

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) liderlik edir. İspaniya “Real”ı 288 xalla 2-ci, Misir "Əl-Əhli"si isə 244 xalla 3-cüdür. 

Müəllif: Orxan NOVRUZOV