“Barselona”nın qarşıdakı transfer hədəfləri məlum oldu

ESTAFET/ “Barselona” klub büdcəsinin imkan verəcəyi halda, qarşıdakı qış transferi pəncərəsində bir neçə transferi həyata keçirməyi nəzərdə tutub.

Kataloniyalılar ilk növbədə “Atletiko Paranaense”dən 18 yaşlı braziliyalı mərkəz hücumçusu Vitor Rokenin almağı hədəfləyiblər.

Daha sonra isə “Barsa” rəhbərliyi komandada “Mançester Siti”dən icarə əsasında çıxış edən portuqal sağ cinah müdafiəçisi Joau Kanselunu və Madrid “Atletiko”sundan icarəyə götürülmüş Joau Feliksi satın almağa çalışacaq. Bu iki futbolçunun alınması üçün “Barsa”ya ən azı, 100 milyon avro gərəkdir. “Barselona” rəhbərliyi güzəştli razılaşmaya əsasən hər iki transferin tamhüquqlu gerçəkləşməsinə nail ola bilər.

Müəllif: Natiq NƏSİROV