Azərbaycanlı hakim “Bayern”in oyununa təyinat aldı
ESTAFET/ Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
O, Almaniyada "Bayern" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.