"Qarabağ" Norveçə bir itki ilə yollandı

ESTAFET/ "Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunu üçün səfərə yollanıb.
Qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmayıb.
Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
