ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər

ESTAFET/ UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Bunlar Çiro İmmobile (“Latsio”, 2 qol), Joao Mario (“Benfika”, 3 qol), Hakim Ziyeş (“Qalatasaray”, 2 qol və 1 qol ötürməsi) və Fil Fodendir (“Mançester Siti”, 1 qol və 2 qol ötürməsi).

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermədə müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV